Fleetguard mühərriklərinizin sürətli, təmiz və daha uzun müddətli işləməsini təmin edir.
Fleetguard filtrləri Cummins motor şirkəti tərəfindən 1958-ci ildə yüksək təlabatlı Cummins dizel mühərriklərinin ehtiyaclarını qarşılamaq üçün hazırlanmışdır. Məhsulları dünyanın müxtəlif yerlərində çoxlu test edilib sınaqlardan uğurla keçməsi Fleetguard markasına tam əminliklə etibar etməyə imkan yaradır. Şirkətin əsas məqsədi müştərilərin onların fəaliyyətinin harada olmasından asılı olmayaraq məhsulun əlçatanlığını və keyfiyyətini təmin etməkdir.
Cummins Filtration, ağır dizel mühərrikləri üçün filtr məhsullarında altı qitədə və 4000-dən çox işçiylə lider olmaq yolundadır. Bugün dünyanın fərqli nöqtələrində fabrikləri və anbarları ilə yüzlərlə orijinal avadanlıq istehsalçılarına 33,000-dən çox distributor/satış nöqtəsinə filtr istehsal və təchiz edən beynəlmilər bir şirkətdir.